Toyda atışma düşdü: 21 ölü, 8 ayaralı var

Əfqanıstanın şərqindəki Bağlan vilayətinin Dih salah qəsəbəsinin Şaşan kəndikdə toy mərasimi olan bir evdə atışma olub.
Maide.az xəbər verir ki, Bağlan Polis İdarəsinin rəisi Abdul Cabbar Purdili atışmanın yerli vaxtla 23:00-da baş verdiyini bildirib.
Rəisinin sözlərinə görə, ölən və yaralananların hamısı toya gələn qonaqlar olub.
Hadisə şahidlərin Sultan Məhəmməd adlı şəxs yerli “Pajwok” saytına saçıqlamasında bildirib ki, toya gələnlər arasında çoxlu silahlı şəxs olub:
“Toyun gedişində birdən silah açıldı. Çölə çıxmaq istəyən hər kəsə güllə dəydi”.
Hadisənin digər şahidi İrfan Əhmədin sözlərinə görə isə atışma Cümə Xan və Hüseyn adlı iki tayfa başçısı arasında başlayıb, daha sonra isə digər şəxslər də atışmaya qoşulublar./

Google+ WhatsApp ok.ru