Toyuq ətinin qiyməti bahalaşdı

Toyuq ətinin qiyməti bahalaşdı

Bakı sakinləri toyuq ətinin son günlərdə bahalaşdığını bildirirlər.
 
Maide.Az Xəzər TV-yə istinadən bildirir ki, toyuq ətinin qiyməti 4 manat 20 qəpik - 4 manat 60 qəpik arasında dəyişir. Qiymət dəyişikliyi, xüsusilə, toyuq filesində, yəni döş ətində nəzərə çarpır.
 
Satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar filenin müxtəlif firmalar tərəfindən hazır şəkildə gətirildiyini və qiyməti də firmaların təyin etdiyini deyirlər.
 
Bazarlarda açıq şəkildə satılan döş əti - filenin qiyməti isə artmayıb. Kiloqramı 6 - 6 manat 50 qəpiyə file tapmaq mümkündür.
 
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, nə toyuğun, nə də filenin qiyməti broylerlər tərəfindən qaldırılmayıb və əgər belə fakt varsa, qiyməti mağaza sahibləri süni yolla artırıblar. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər.
 
“Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz”, - deyə Aydın Vəliyev bildirib.

Google+ WhatsApp ok.ru