Toza görə 1353 nəfər xəstəxanalıq oldu

Toza görə 1353 nəfər xəstəxanalıq oldu

Bölgədə baş vermiş tufan, toz-topağa görə, nəfəs almada çətinlik çəkən 1353 nəfər xəstəxanalara müraciət edib. Maide.Az xəbər verir ki, bunu İranın Sistan və Bəluçistan əyalətinin Zabil şəhər səhiyyə idarəsinin rəisi  Əli Əkbər Nəsiri deyib.
 
O bildirib ki, bu şəxslər  nəfəs almada və ürəklərində problem yaşadıqları  ötən gecədən səhərə kimi xəstəxanalara müraciət edən şəxslərdir.   “Müraciət edən şəxslərdən 30 nəfəri  xəstəxanada yatızdırılıb, digərləri isə ambulatory müayinədən sonra evə burxılıb”. 
 
Ə.Ə. Nəsiri deyib ki,  bölgədəki bütün  xəstəxanalar və səhiyyə ocaqları  hazırlıq vəziyyətinə gətirilib. 
Qeyd edək ki,  güclü külək və toz Sistan və Bəluçistan əyalətinin Zabil,  Hirmənd, Zəhək,  Nimruz və Hamun şəhərlərində  havanın çirkliliyi böhran həddinə çatıb. 
 
Ötən gün  Sistan və Bəluçistan əyalətində  dövlət idarələri toza görə tətil olub.
 
 

Google+ WhatsApp ok.ru