TQDK sınaq imtahanlarına start verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aprelin 5-də keçirməyi planlaşdırdığı ilk sınaq imtahanlarına yazılış başlayıb. 
 
Bu barədə Maide.az-a TQDK-dan məlumat verilib.
 
İmtahanda iştirak etmək üçün qeydiyyat bu gündən başlayıb. 
 
İmtahanlar 5, 12, 19 aprel və 3 may tarixlərində həyata keçiriləcək.
 
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Google+ WhatsApp ok.ru