Tramp: ABŞ öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil

Tramp: ABŞ öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil

Birləşmiş Ştatlar öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə günü İraqda amerikalı hərbçilərlə görüşü zamanı deyib.
 
"Əslində biz Suriyada nəsə etmək istəsəydik, bundan göndəriş məntəqəsi kimi istifadə edə bilərdik...Əgər görsək ki, İŞİD-lə bağlı bizə xoş olmayan hadisələr baş verir, biz onlara elə cəld və güclü zərbə endirə bilərik ki, onlar nə baş verdiyini anlamazlar", - deyə o bildirib.
 
ABŞ prezidenti Donald Tramp çərşənbə günü gözlənilmədən İraqa səfər edib.

Google+ WhatsApp ok.ru