Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

 ABŞ, dünya bazarının digər iştirakçıları ilə razılaşdırılmış neft hasilatının azaldılmasına çətin ki razı ola.
 
Maide,Az "SalamNews" a istinadla xəbər verir ki,  bunu Amerika Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat brifinqdə bildirib.
 
"Düşünmürəm ...Biz artıq azaltmışıq, biz bazara uyğunlaşmışıq. Amerika istehsalçıları istehsal həcmlərini avtomatik olaraq azaldıblar", deyə Tramp bildirib.
 
Trampın sözlərinə görə, Rusiya və Səudiyyə Ərəbistanı bazarı yanacaqla doldurub:
 
"Rusiya və Səudiyyə Ərəbistanı ehtiyac olmadığı zamanda istehsalını artırdılar. Sonra bazarın 40 faizini dağıdan virus (koronavirus) hücum etdi. İndi isə bazar neftlə doludur".

Google+ WhatsApp ok.ru