Tramp Qüdsə köçürüləcək səfirliyin açılış mərasimində iştirak edə bilər

Tramp Qüdsə köçürüləcək səfirliyin açılış mərasimində iştirak edə bilər

-- may ayının 14-də

ABŞ prezidenti Donald Tramp Qüds səfirliyinin açılış mərasimində iştirak edə biləcəyini açıqlayıb. 

Maide.Az "eastnews"- a istinadən xəbər verir ki,  Donald Tramp ABŞ-ın Qüdsdəki yeni səfirliyini may ayının 14-də açmaq üçün Fələstinin işğal olunmuş ərazisinə gedə biləcəyi açıqlamasını verib.

Qeyd edək ki, dünən Qvatemala prezidenti Cimmi Morales Vaşinqtonda Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) təşkil etdiyi illik konfransında çıxış edərkən bildirib ki, Qvatemala Təl-Əvivdəki səfirliyini Qüdsə daşıyacaq. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da Qüdsü İsrail rejiminin sözdə paytaxtı elan edib və ABŞ-ın Təl-Əvivdəki səfirliyini işğal edilmiş müqəddəs şəhərə köçürməyi planladığını açıqlayıb.

Beynəlxalq ictimaiyyət Trampın bu qərarını kəskin tənqid edir. 

Google+ WhatsApp ok.ru