Tramp xəstəxanalara yardımı dayandırdı

Tramp xəstəxanalara yardımı dayandırdı

ABŞ prezidenti Donald Tramp Şərqi Qüdsdə xəstəxanalara verilən maliyyə yardımını dayandırıb.
 
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu addımın Fələstin hökumətinin İsraillə danışıqlardan imtina etməsi səbəbindən atıldığı bildirilir.
 
Məlumata görə, Tramp Şərqi Qüdsdəki 6 xəstəxanaya veriləcək ümumilikdə 25 milyon dollarlıq yardımdan imtina edib.
 
Əgər İsraillə danışıqlara start verilməsə digər maliyyə yardımlarının da ləğv ediləcəyi barədə xəbərdarlıq verilib.
 

Google+ WhatsApp ok.ru