Trampa qarşı impiçment maddəsi Senata təqdim olunub 26 Yanvar 2021 14:15 Xəbərlər Yanvarın 25-də ABŞ Nümayəndələr Palatası keçmiş prezident Donald Trampla bağlı impiçment maddəsini Senata təqdim edib. Bununla da Konqresin yuxarı palatasında Trampın ikinci dəfə mühakiməsi üçün yol açılıb. “Qiyamı qızışdırmaq” maddəsi senatda oxunub. Tramp yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumuna görə ittiham olunur. Həmin basqında biri polis əməkdaşı olmaqla beş nəfər ölüb. İmpiçment qaydalarına görə, maddənin Senata təqdim olunması ilə məhkəmə rəsmən başlanır. Ancaq Senat liderləri qaydanı dəyişməyə razılaşıblar, məhkəmə fevralın 8-də başlayan həftəyədək təxirə salınıb. Prokuror kimi çıxış edən demokrat konqresmenlər respublikaçı senatorları Trampı təqsirli bilməyə, daha sonra onun yenidən vəzifə tutmasını yasaqlamaq üçün ayrıca səsverməyə keçirməyə inandırmağa çalışacaqlar. Tramp Senatda birinci impiçmentində bəraət almışdı. O, iki dəfə impiç olunan, həm də vəzifədən gedəndən sonra mühakiməylə üzləşən birinci prezidentdir. Teqlər : #Trampa,#qarşı,#impiçment,#maddəsi,#Senata,#təqdim,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ceyhun Bayramov: Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi Qazpulu borcu olanlara SMS gələcək