Tramp hakimiyyətə gələndən ABŞ-ın dövlət borcu 70 ildə rekord həddə çatıb

Tramp hakimiyyətə gələndən ABŞ-ın dövlət borcu 70 ildə rekord həddə çatıb

Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu 2 trilyon dollar artmaqla son 70 ildə ən yüksək həddə çatıb.
 
Trend-in məlumatına görə, ABŞ Konqresinin büdcə üzrə idarəsi hesablayıb ki, dövlət borcu ölkə ÜDM-nin 78 faizini təşkil edir. Bu isə 1950-ci ildən bu yana ən yüksək göstərici olub.
 
Bildirilir ki, 2018-ci ilin sonunda dövlət borcu 21 974 trilyon dolar təşkil edib. 2017-ci ilin əvvəlində D.Tramp prezident seçiləndə isə bu rəqəm 2 trilyon dollar az olub.
 

Google+ WhatsApp ok.ru