Trampın Fələstinin işğal olunmuş ərazilərinə səfərinə qəzzalıların özünəməxsus etirazı - VİDEO

Trampın Fələstinin işğal olunmuş ərazilərinə səfərinə qəzzalıların özünəməxsus etirazı - VİDEO

Qəzza zolağında minlərlə fələstinli ABŞ prezidenti Donald Trampın Fələstinin işğal olunmuş ərazilərinə səfərinə etiraz əlaməti olaraq aksiya keçirib. 
 
Maide.Az "presstv"-ə istinadən xəbər verir ki, ötən gün keçirilən etiraz aksiyasında bir neçə fələstinli mübariz öz silahını D.Trampın heykəlinə tuşlayıb. Minlərlə etirazçı ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib.
 
Etirazçılar ABŞ prezidentinin müqavimət qrupları, o cümlədən "Həmas"ı terrorçu adlandırmasını pisləyib. Onlar əllərində üzərində “Müqavimət, terrorizm deyil” şüarı yazılmış plakartlar dayışıb. 
 
Etirazçılar ABŞ prezidentinin sionist rejimin aclıq aksiyası keçirən fələstinli məhbuslara qarşı cinayətlərinə laqeyd yanaşmasını pisləyib.  
 
Qeyd edək ki, fələstinli məhbuslar tərəfindən "Azadlıq və ləyaqət" adı altında keçirilən aclıq aksiyası 17 apreldə start götürüb. Hazırda 2000-dən çox fələstinli məhbus aclıq aksiyası keçirir. 
 
Aclıq aksiyasına səbəb işğalçı rejim Cenevrə Konvensiyasının tələblərinə riayət etməməsi göstərilir.
 
Məhbuslar, rəhbər şəxslərin həbs praktikasına son qoyulmasını, dustaqlardan tamamiylə təcrid edilməsini, həmçinin məhkumların kitab, mətbuat və televiziyaya çıxış imkanlarının bərpa edilməsini tələb edir.
 
Xatırladaq ki, Qəzza zolağı 2007-ci ildən işğalçı İsrail rejimi tərəfindən blokadada saxlanılır. Qəzzanın blokadada saxlanılması bu bölgədə yaşayışı həddən artıq çətinləşdirib. Belə ki, yoxsulluq və işsizlik Qəzzada baş alıb gedir. Tel-Əviv rejimi ötən illər ərzində Qəzza zolağına amansız hücumlar təşkil edib. Sonuncu belə hücum 2014-cü ildə baş verdi ki, bu təcavüz nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlılar olan 2200-dən çox fələstinli şəhid oldu.   
Hücum nəticəsində Qəzzada infrastruktura ciddi ziyan dəyib. İşğalçı rejim Qəzzaya humanitar yardımların aparılmasına icazə vermir. /

Google+ WhatsApp ok.ru