Trampın işdən qovduğu Reks Tillerson sərt danışdı

Trampın işdən qovduğu Reks Tillerson sərt danışdı

-- Liderlərimiz həqiqəti gizlətməyə çalışarsa...

13 martda işdən qovulan ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson ABŞ cəmiyyətinin və liderlərinin “əxlaq və dürüstlük krizi”nə girdiyini söyləyib.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, ölkə liderlərinin həqiqəti gizlətməsinin təhlükəli olduğunu bildirib:
 
“Liderlərimiz həqiqəti gizlətməyə çalışarsa, xalq olaraq azadlığımızdan imtina etmə yoluna girərik. Ən önəmiz məsələdə belə, həqiqət gizlədilərsə, ABŞ demokratiyası qaranlıq illərə qədəm qoyar”.
 
Qeyd edək ki, Tillerson vəzifədən gedərkən vida çıxışında “Ən qiymətli varlığınız olan dürüstlüyünüzü əsla itirməyin” demişdi.
 

Google+ WhatsApp ok.ru