Trampın milli təhlükəsizlik müşaviri istefa verib

Trampın milli təhlükəsizlik müşaviri istefa verib

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn istefa verib. 
 
Maide.Az xəbər verir ki, buna yeni rəhbərliyin vəzifəni təhvil almasından əvvəl bir rus rəsmisi ilə “sanksiyaları yüngülləşdirmək” mövzusunda görüş keçirməsi ilə bağlı yaranan qalmaqal səbəb olub. 
 
Flynnın Obama rəhbərliyinin hələ vəzifədə olduğu dekabr ayında Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə görüşdüyü bildirilir. İddiaya görə Flynn Obamanın seçkilərin Rusiya tərəfindən manipulyasiya edilməsi səbəbindən tətbiq olunan sanksiyaların qaldırılması məqsədilə görüşüb.
 
 “Washington Post”a bir sıra səlahiyyətli şəxsin də doğruladığı iddia Flynnın “sıravi vətəndaşların xarici siyasətə müdaxiləsini qadağan edən qanunları pozduğu” mənasına gəlir.

 

Google+ WhatsApp ok.ru