Trampın müsəlmanlarla bağlı qadağasına qarşı kampaniya başladıldı - FOTO

Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gәlmәyini qadağan edәn qərara qarşı sosial şəbəkədə bir çox kampaniya başladılıb.

Milyonlarla insan, din, dil, irq və cinsiyyət ayırd etmədən Trampın bu irqçi qərarını tənqid edib və əleyhinə kampaniyalar keçirir. Həm texnologiya nəhəngləri, həm də digər sektorların aparıcı simaları reaksiya olaraq, miqrantları işə götürəcəklərini açıqlayıblar.

Miqrant qərarına etiraz kampaniyaları arasında ən diqqət çəkəni isə, şübhəsiz, videoları məşhur olan və bu sahədə bacarığını ortaya qoyan Henk Qrinin Twitter-də başlatdığı yardım kampaniyası olub. Qrin bölüşdüyü tweet-lərdə mühacirləri dəstəkləyən məzmunda rəsm paylaşanların adından Amerika Mülki Azadlıqlar Birliyinə 5 dollar ianə verəcəyini açıqlayıb.
 
Henk Qrinin bu mesajı qısa müddətt ərzində ciddi marağa səbəb olub və yüzlərlə rəsmlər çəkildi. Qrin indiyə qədər verdiyi vədinə görə, 7 min dollara yaxın ianə ödədiyini açıqlayıb.
 
Rəsmlər arasında bir-birindən gözəl məzmunların olduğu isə diqqətdən yayınmayıb. Məhz Trampın köçkün qərarına reaksiya vermək üçün çəkilən ən təsirli rəsmləri oxucularımıza təqdim edirik.(deyerler)

Trampın müsəlmanlarla bağlı qadağasına qarşı kampaniya başladıldı

Google+ WhatsApp ok.ru