Trampın psixi xəstə olmasından bəhs edilən kitab çıxıb 28 Sentyabr 2017 01:00 Dünya ABŞ-da psixiatr Bendi Linin rəhbərliyi ilə bir qrup mütəxəssis prezident Donald Trampın psixi vəziyyətinə dair kitab yazıb. APA-nın “The İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, “Donald Trampın təhlükəli halı” (The Dangerous Case of Donald Trump) adlı kitabın hazırlanmasında psixiatrlar, psixoloqlar, linqvistlər, media analitikləri və jurnalistlər iştirak edib. Onların hər biri ayrıca fəsil yazıblar. Mütəxəssislər bildirir ki, Trampın prezidentliyi ölkədə və onun hüdudlarından kənarda pisixi sağlamlıq üçün görünməmiş nəticələrə səbəb olub. Donald Tramp kitabda dünyanın ən təhlükəli insanı adlandırılır. Müəlliflərin fikrincə, ABŞ prezidentində təhlükəli psixi xəstəlik var və onun ağıldankəm davranışı diqqəti cəlb edir. Kitabın qiyməti 16,79 dollardır. Oktyabrın 3-dən satış başlayacaq. Qeyd olunur ki, kitab ABŞ-ın peşəkar psixiatrları arasında neqativ reaksiyaya səbəb ola bilər. Çünki hər hansı şəxsin davranışları əsasında xəstəliklərin simptomlarının müəyyənləşdirilməsi və bunun açıqlanması peşə etikasına və pasiyentin hüquqlarına ziddir. Teqlər : #Trampın psixi xəstə olmasından bəhs edilən kitab çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn rejimi əzadarlıq məclislərində Ayətullah İsa Qasimin adının çəkilməsini qadağan edib Bəhreyn xalqı Ali Xəlifə rejiminin maneələrinə qarşı Məhərrəmliyi yaşadır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO