Trampın Qüdslə bağlı qərarından sonra indiyədək 316 fələstinli şəhid olub 02 Noyabr 2018 10:37 Fələstin ABŞ prezidenti Trampın Qüds əleyhinə verdiyi qərardan sonra indiyədək 316 fələstinli şəhid olub. Maide.Az İQNA-a istinadla xəbər verir ki, Fələstin İslami Araşdırma Mərkəzinin yayımladığı məlumata əsasən, şəhid olan 316 fələstinlidən 68-i uşaq, 19 nəfəri isə müqavimət hərəkatının üzvüdür. Mərkəz Qəzza zolağında “Böyük Qayıdış Yürüşü”ndə işğalçı İsrail qüvvələrinin açdığı atəş nəticəsində indiyədək 204 fələstinlinin şəhid olduğunu bildirib. Fələstin İslami Araşdırma Mərkəzi beynəlxalq insan haqları təşkilatlarına müraciət edib və işğalçı rejim başçılarının Fələstin xalqına qarşı müharibə cinayəti törətdiklərinə görə cəzalandırmasını tələb edib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin dekabr ayının 6-da Qüds şəhərini işğalçı sionist rejimin paytaxtı elan edib. Donald Trump-ın qərarı beynəlxalq aləmdə kəskin etirazlara səbəb olub. Teqlər : #Trampın,#Qüdslə,#bağlı,#qərarından,#sonra,#indiyədək,#316,#fələstinli,#şəhid,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı rejimin Haşaron zindanında Fələstinli məhbus qadınlara əziyyət verilir İsrail rejimi Qüds valisini növbəti dəfə həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar