Trampın rəqiblərinin sayı 4-ə çatdı

Trampın rəqiblərinin sayı 4-ə çatdı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün daha bir nəfər namizədliyini elan edib.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, Demokrat Partiyasının üzvü, senator Kamala Herris keçirdiyi mətbuat konfransında namizədliyi açıqlayıb.
 
O qeyd edib ki, nifrət və ayrı-seçkiliyi təbliğ edənlərdən imtina edilməlidir. Herris ABŞ-ın problemlərinin həlli üçün hazır olduğunu bildirib.
 
Herris namizədliyi sui-qəsd nəticəsində öldürülən hüquq müdafiəçisi Martin Luterə həsr etdiyini deyib.
 
Məlumata üçün bildirək ki, 54 yaşlı Kamala Herris Yamayka və Hindistandan ABŞ-a köçmüş cütlüyün övladıdır.
 
Qeyd edək ki, daha öncə Nyu-York ştatının senatoru Kirsten Gillibrand, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatı Elizabet Uorren və Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhsalma naziri olmuş Xulian Kastro da Donald Trampa rəqib olacaqlarını elan ediblər.
 

Google+ WhatsApp ok.ru