Trampın tələbi həyata keçərsə, “iPhone” qiymətləri qalxacaq

Trampın tələbi həyata keçərsə, “iPhone” qiymətləri qalxacaq

ABŞ prezidenti Donald Tramp bir müddət öncə “Apple” şirkətinə çağırış edərək Çində istehsalı dayandırmağı və bütün istehsal ABŞ-da etməyi tələb etmişdi.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, analitiklərin hesablamalarına görə, əgər “Apple” bu çağırışa əməl edərsə, “iPhone” qiymətləri 20 faizə qədər bahalaşa bilər.
 
Belə olan halda, qiymət artımı yeni istehsal olunan və gələcəkdəki bütün modellərdə müşahidə olunacaq.
 
Xatırladaq ki, Tramp ötən həftə bu açıqlaması ilə “Apple” şirkətinə təzyiq etməyə başlamışdı:
 
“Çinə tətbiq etdiyimiz sanksiyalar səbəbindən “Apple” şirkəti məhsullarının qiymətini artıra bilər. Lakin, bunun asan həll yolu var. Məhsullarınızı Çin əvəzinə, ABŞ-da istehsal edin, vergi də SIFIR olsun”.
 
Məsələ ilə bağlı hələlik “Apple”dan açıqlama verilməyib.
 

 

Google+ WhatsApp ok.ru