Trampın yaxın məsləhətçisi istefa verir

Trampın yaxın məsləhətçisi istefa verir

-- Hiks prezident seçkilərində Rusiya kəşfiyyat ilə əməkdaşlıq məsələsi ilə bağlı ...

Seçkilər zamanı Donald Trampın mətbuat katibi, daha sonra “Ağ Ev”də ictimai əlaqələr direktoru təyin edilən Hop Hiks vəzifəsindən ayrılır.
 
Maide.Az “Mynet.com”a istinadən xəbər verir ki, 29 yaşlı keçmiş model “Ağ Ev”də nail olmaq istədiyi hər şeyi bacardığını söyləyib və buna görə də vəzifəsindən istefa verəcəyini bildirib.
 
D.Tramp Hiksin istefa qərarı ilə bağlı isə bunları deyib:
 
“Hop Hiks mükəmməl bir insandır. Son 3 ildə möhtəşəm işlər görüb. Mənə fərqli fürsətləri dəyrləndirmək istədiyini söylədiyində anlayışla qarşıladım. Əminəm gələcəkdə yenidən birlikdə çalışacağıq. Ondan ötrü darıxacağam”.
 
Qeyd edək ki, Hiks prezident seçkilərində Rusiya kəşfiyyat ilə əməkdaşlıq məsələsi ilə bağlı aparılan istintaqın ən vacib simalarından biri idi. O, 2016-cı ildə 9 saat hakim qarşısında dindirilmişdi. Ötən ilin avqustunda isə gözlənilmədən Antoni Skaramuççinin yerinə gətirilmişdi.

 

Google+ WhatsApp ok.ru