Tramp yeni fərmanla bütün ölkələrdən olan qaçqınlar müvəqqəti qadağa qoyacaq 06 Mart 2017 02:00 Dünya Fərmanın bu gün imzalanacağı gözlənilir ABŞ prezidenti Donald Trampın yeni fərmanına əsasən, İraq vətəndaşlarının Birləşmiş Ştatların ərazisinə daxil olmasına müvəqqəti qadağa qoyulan dövlətlər siyahısından çıxarılıb. "Report" xəbər verir ki, bunu "The New York Times" qəzeti Ağ evdəki mənbəsinə istinadən yazıb. Qəzetin yazdığına görə, D.Trampın yeni immiqrasiya fərmanını bu gün imzalayacağı gözlənilir. Mənbənin məlumatına görə, yeni fərman ilə həmçinin bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyulacaq. Bununla yanaşı, bu qadağanın nə qədər müddət davam edəcəyi məlum deyil. Xatırladaq ki, məhkəmə tərəfindən əngəllənən əvvəlki fərman ABŞ-da məcburi köçkünlərin yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tuturdu. / Teqlər : # Tramp yeni fərmanla bütün ölkələrdən olan qaçqınlar müvəqqəti qadağa qoyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Panamada avtobus dərəyə düşüb, 16 nəfər ölüb Mosul cəbhəsində Quranla üns məclisi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO