Transcend Media Servis: `Səudiyyə Ərəbistanı və Amerika, Yəmən xalqına qarşı bioloji müharibədə `vəba` virusundan istifadə edir

Transcend Media Servis: `Səudiyyə Ərəbistanı və Amerika, Yəmən xalqına qarşı bioloji müharibədə `vəba` virusundan istifadə edir

Səudiyyə Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibədə bu ölkə xalqını qırmaq üçün "vəba" virusundan istifadə edir. 
 
Maide.Az xəbər verir ki, bunu "Transcend Media Servis" xəbər saytı ötən gün yayımladığı geniş reportajında bildirib.
 
“Vəba xəstəliyi hazırda Yəməndə geniş şəkildə yayılıb və 400 mindən çox insan su vasitəsilə bədənə daxil olan "vibrio kolera" adlı bakteriyaya yoluxmaq nəticəsində öz həyatını itirib”.
 
Məlumata görə, Yəməndə su mənbələri və kanalizasiya sistemi Ərəbistanın hava basqınları nəticəsində məhv olub və su mənbələrinin təhlükəli "vibrio kolera" adlı bakteriya ilə çirkləndirilməsi Amerika və Ərəbistan üçün "Yəmən xalqını terror etmək" istiqamətində çevrilən bir vasitədir. 
 
"Transcend Media Servis" xəbər portalı öz reportajında vurğulayıb: “Yəmənin 25 milyonluq yoxsul əhalisi vəbaya yoluxmanın qarşısını almaq üçün heç bir imkana malik deyil. Səudiyyə Ərəbistanının Yəməndəki hərbi cinayəti nəinki Amerikanın hazıkı prezidenti Donald Tramp tərəfindən, həm də ABŞ-nın sabiq prezidenti Barak Obama tərəfindən də dəstəklənib və yaxın gələcəkdə başa çatacağı gözlənilmir”.
 
BMT-nin məlumatına görə: Ötən bir il ərzidnə Yəməndə vəba epidemiyası geniş yayılmasına görə, dünyanın heç bir digər ölkəsində görünməyib.
"Transcend Media Servis" xəbər portalı həmçinin son aylarda Amerika tərəfindən Əfqanıstan, İraq və Suriyada dinc sakinlərin qətliamının artmasına toxunub və yazıb: "Amerika kimi imperialist hökumətlər, qüdrətləri zəifləyərkən dinc sakinləri qırmağa  başlayır". /

Google+ WhatsApp ok.ru