Tripolinin hava limanında təyyarələrin 90 faizi partlayıb

Liviyanın paytaxtı Tripolidə yerləşən hava limanı raket zərbələrinə məruz qalıb.
 
Maide.az-ın BBC-yə istinadən  verdiyi məlumata görə, hava limanın ərazisinə 20 raket zərbəsi endirilib. Hadisə nəticəsində 2 hərbçi həlak olub. 
 
Liviya hökumətinin rəsmi nümayəndəsinin verdiyi açıqlamaya əsasən, buraxılan "Qrad" raketlərin vasitəsi ilə hava limanının təyyarələrinin 90 faizi məhv edilib. Həmçinin raket zərbələrinin nəticəsində dispetçer qülləsi ilə uçuş zolağı da vurulub. Hava limanın da bütün uçuşlar ləğv olunub.

Google+ WhatsApp ok.ru