`Türk Hava Yolları`nın təyyarəsi qəza səbəbiylə Nürnberqə enib

Maide.az-ın Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Almaniyanın Düsseldorf şəhərindən havaya qalxan Türk Hava Yolları (THY) təyyarəsinin kabina şüşəsində çat aşkar edilib.
 
Təyyarənin kapitan pilotu qülləylə məlumat verərək, Nürnberg Hava Limanına eniş üçün icazə istəyib. Lazımi icazələrin alınmasından sonra təyyarə problemsiz bir şəkildə enib.
 
Texniki araşdırma aparılan təyyarənin kabina şüşənin dəyişdiriləcəyi, sərnişinlərin isə axşam həyata keçiriləcək Nürnberg-İstanbul reysiylə Türkiyəyə göndəriləcəyi bildirilib.

Google+ WhatsApp ok.ru