Türkish Airlines-ın 200-dən çox işçisi çevrilişə görə işdən çıxarılıb

Türkish Airlines-ın 200-dən çox işçisi çevrilişə görə işdən çıxarılıb

Türkiyə dövlət aviasiya şirkəti bu ölkədə uğursuz çevrilişdən sonra 210-dan çox işçisini işdən çıxarıb.
 
Maide.Az xəbər verir ki, Türkish Airlines şirkəti bəyanat yayaraq bildirib ki,  Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənlə əlaqədə olmaq ittihamı ilə öz işçilərindən 211 nəfəri işdən çıxarıb.
 
Məlumata görə, həmin işçilərin müqavilələri zəif fəaliyyət, ləyaqətsizlik, həmçinin Güləni dəstəkləmək səbəbinə görə, ləğv edilib.
İndiyədək Türkiyədə dövlət sektorunda işləyən 60 minə yaxın işçi işdən çıxarılıb və təqribən on min nəfər də həbs olunub.
 
Türkiyə dövləti 2016-cı ilin 15 iyulunda bir qrup ordu generallarının çevrilişi ilə üzləşdi ki, az sonra xalqın və təhlükəsizlik qvvələrinin həmkarlığı ilə bu çevriliş iflasa uğradı.
 
 

Google+ WhatsApp ok.ru