Türkiyədə hicab lehinə növbəti müsbət qərar

Tələbənin hicabını açdıran nəzarətçi 5 ay azadlıqdan məhrum edildi

İslamazeri.az-ın “Timeturk”-ə istinadən verdiyi xəbərə görə, ali təhsilə keçid imtahanı (YGS) zamanı Vahidə Yalçın adlı tələbənin hicabını açmağı tələb edən imtahan nəzarətçisi və digər 2 səlahiyyətli barədə başladılmış məhkəmə yekunlaşıb.
 
27 mart 2011-ci ildə Güldən Nəsrin adlı imtahan nəzarətçisi hicablı tələbədən başını açmasını istəyib, əks təqdirdə protokol tərtib edəcəyini deyib. Bundan sonra imtahan zalını tərk edən tələbə valideynlərinin tələbi ilə başını açaraq imtahanda iştirak edib.
 
Məhkəmə imtahan zamanı hicabsız girilməsi barədə heç bir qanun olmadığını, bunun üçün hər hansı protokol yazıla bilməyəcəyini əsas göstərərək Güldən Nəsrinin vəzifəsindən sui-istifadə etdiyi barədə qərar çıxarıb. Güldən Nəsrin 5 ay azadlıqdan məhrum edilib.
 
İlhan Arıbal ve Gülsüm Ançel adlı digər səlahiyyətlilər barədə isə bəraət qərarı verilib.

Google+ WhatsApp ok.ru