Türkiyədə prezident seçkilərində səsvermə başlayıb 10 Avqust 2014 01:00 Dünya Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb. 2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir. Türkiyədə 53 milyon 17 min 214 seçici var. Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub. Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq. Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq. Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır. I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək. trend / Teqlər : #Türkiyədə prezident seçkilərində səsvermə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada ana olmaq - VİDEO Tehranda qəzaya uğrayan təyyarənin bütün sərnişinlərinin ölməsi faktı rəsmən təsdiqləndi - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO