`Türkiyə gizli şəkildə atom bombası yaradır`

Bu iddia ilə "Die Welt" qəzeti çıxış edib. Türkiyənin Almaniya tərəfindən dinlənilməsinin də bununla bağlı ola biləcəyini vurğulayıb.
 
Türkiyənin atom bombası yarada bilməsi üçün lazımlı texniki məlumatın 1982-1988-ci illər arasında Federal Müdafiə Nazirliyinin Planlaşdırma fakültəsində çalışan Hans Rühlin məqaləsində qeyd edilir. 
 
Almaniya hökumətinin Türkiyəni dinləməsinə səbəb kimi daha çox İraq və Suriyaya gedən radikal qruplar, narkotik qaçaqmalçılığı və kürdlərlə bağlı məsələlər göstərilirdi, ancaq ən önəmli və hələ də gizli saxlanılan səbəb isə Türkiyənin atom bombası yaratmaq planı qeyd edilir.
 
Məqalədə Türkiyənin özünə örnək olaraq İranı götürdüyü və Kiçik Asiya yarımadası ölkəsinin İranın strategiyasını tətbiq etdiyi iddia edilir.
 
Xəbərin sonunda isə Türkiyənin Rusiya, Yaponiya və Fransa ilə nüvə stansiyası razılaşması olduğu xatırladılır. 

Google+ WhatsApp ok.ru