Türkiyədə ilk Beynəlxalq İslam Universiteti yaradılır

Türkiyədə İslam elmləri üzrə ilk ali təhsil müəssəsi təsis olunacaq. Bunu Türkiyənin din naziri Məhmət Görməz deyib.
 

Maide.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, M.Görməz deyib ki, nazirlik Beynəlxalq İslam Universitetinin açılmasıyla bağlı Türkiyə Ali Təhsil Komitəsinə artıq müraciət edib.
Onun sözlərinə görə, müvafiq razılıq əldə olunandan sonra, Beynəlxalq İslam Universiteti İstanbulun "29 Mayıs" Universitetinin nəznində yaradılacağı planlaşdırılır. “Dünyada 5 məşhur İslam ali təhsil müəssisi var. Bu Misirdəki əl-Əhzar, Mədinədəki İslam Universiteti, İslamabaddakı İslam Universiteti, Malayziyada İslam və İranda yerləşən  Əl-Mustafa Beynəlxalq Universitetləridir. Biz bu təhsil müəssələri ilə ayağlaşa biləcək bir universitet yaratmaq istəyirik. Universitetdə dərslər ingilis, ərəb və fars dillərində keçiriləcək" –deyə  Məhmət Görməz bildirib.

 

Görməzin sözlərinə görə, Türkiyə İslam Universiteti digər İslamiUniversitetinin alternativi və ya rəqibi deyil, onların qardaşı olacaq.Maide.az //
 

Google+ WhatsApp ok.ru