Türkiyədə İranın Press TV kanalının müxbiri həbs olunub

İranın Press TV kanalının müxbiri Serena Shim Türkiyədə casusluqda ittiham olunaraq həbs olunub. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Presstv müxbiri Serena Shim Türkiyənin Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb və o casusluqda ittiham olunur.
İran saytları yazır ki, Press TV müxbirini rəsmi Ankaranın Kobani şəhəri ilə əlaqədar mövqeyi barədə xəbərləri yaydığına görə, casusluqda ittiham olunur. "Belə ki,Press TV-nin müxbiri Serena Shim deyib ki, mən  terrorçuların Türkiyə sərhədlərindən Suriyaya daxil olmalarını efirə verən az saylı müxbirlərdən olduğum üçün və eləcə də Təkfirçi terrorçuların beynəlxalq fondların yük maşınları ilə Türkiyədən Suriyaya getmələrini sübut edəcək  fotoşəkillər əldə etdiyim üçün casusluqda ittiham olunuram" /
 

 

Google+ WhatsApp ok.ru