Türkiyədə möhtəşəm Aşura mərasimi (FOTO)

İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 1375-ci ilində Türkiyənin Halkalı vilayətindəki Aşura meydanında mərasim təşkil edilib. 
 
Maide.az xəbər verir ki, mərasimdə iştirak etmək üçün Halkalıya gələnlərin "Ya Hüseyn", "Ya Zeynəb", "Ya Rəsullah" yazılı plakatlar qaldırıblar. İştirakçılar məhəllə, dərnək və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılan qrupların oxuduğu mərsiyə və dualara qatılıblar.
 
Yaşıl, qırmızı və qara bayraqların daşındığı mərasimdə əzadarlıq da keçirilib.  
 
Türkiyə Cəfərilərinin başçısı Səlahəddin Özgündüz mərasimdə etdiyi çıxışda Qurani-Kərimə və Əhli-beytə birlikdə sarılmaq lazım olduğunu söyləyib.
 
Həzrəti Məhəmmədin (s) bu iki əmanətinə birdən sarılmağın azğınlığın qabağına keçəcəyini bildirən Özgündüz, "Nə Quransız Əhli-beyt aydın olar, nə də Əhli-beytsiz Quran doğru aydın olar. İslamın çətinliyi də tam da bu nöqtədədir. Yəni bəziləri Əhli-beyti önə çıxardı Quranı laqeyd yanaşdı, bəziləri də Əhli-beyti unutdurmağa cəhd göstərdi. Buna görə də, ümmət Quran və Əhli-beyti doğru anlaya bilmədi və dolayısı ilə ümməti Məhəmməd (s) İslamı doğru anlaya bilmədi. Acı həqiqət budur. Peyğəmbər məhşərdə ümmətinin bu əmanətlərinə əməl edib-etmədiyini soruşacaq. Bundan hər bir müsəlman məsul olacaq", - deyə bildirib.
 

Google+ WhatsApp ok.ru