Türkiyə qarışdı- 100 nəfər saxlanıldı - Video

Türkiyənin Ankara şəhərində kütləvi iğtişaşlar davam edir. 
 
 
“Qafqazinfo” hurriyet.com-a istinadən xəbər verir ki, polis Tandoğandan Kızılaya getmək istəyən nümayişçilərə qarşı bibər qazı (gözyaşardıcı) və su şırnağından (TOMA) istifadə edib. Bundan sonra etirazçılar daha da hiddətləniblər. 
 
Polisə qarşı gələn dünyəvi təhsil tərəfdarları şiddətlə qarşılaşıblar. 100-dən çox aktivistin saxlanıldığı bildirilir. 
 
Qeyd edək ki, Türkiyədəki aksiya iştirakçıları dini təhsilə etiraz edir və dünyəvi elmlərin tədrisini dəstəkləyirlər. /

Google+ WhatsApp ok.ru