Türkiyədə yeni qanun- internet baş nazirin göstərişi ilə kəsiləcək

Türkiyədə hökumət lazım olan zaman internetin kəsilməsi üçün tənzimləmə hazırlığı aparır

Türkiyədə hökumət lazım olan anda internetin kəsilməsi üçün tənzimləmə hazırlığı görür. Baş nazir və ya aidiyyatı bir nazirin təlimatı ilə internet 24 saatlıq kəsilə bilər. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, hökumət yeni tənzimləmənin milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədi ilə edildiyini bildirir.

Nəqliyyat naziri Lütfi Elvan mətbuata açıqlamasında bildirib ki,- “Bəli, belə bir təklif hazırlayırıq və Məclisə təqdim edəcəyik”. Hətta bildirilir ki, burada Konstitusiyanın 22-di maddəsinə də istinad edilir.

Məsələn, baş nazir və ya əlaqədar nazirlik hesab edilən Nəqliyyat Nazirliyi hər hansı bir məsələ zamanı ictimai asayiş  və milli təhlükəsizliklə bağlı təhlükə hiss edərsə, bunu Telekommunikasiya Əlaqə Başçılığına (TİB) bildirəcək. TİB də müvəqqəti olaraq girişi maneə törədəcək. Yəni 24 saat ölkədə internetə giriş mümkün olmayacaq. Həmçinin TİB 24 ərzində məhkəməyə də müraiət edəcək. Bundan sonra məhkəmənin çıxaracağı qərar nə olacaqsa, ona da əməl ediləcək.  

“Məhkəmə qərarı nə isə, o qərar tətbiq olunacaq. Əgər məhkəmə qərar versə, internetə giriş əngəllənəcək və ya hansısa birmövzu silinəcək, ya da əksinə”,- deyə nazir bildirib. /

 

Google+ WhatsApp ok.ru