Türkiyədə azərbaycanlı qadın itib

Türkiyənin İqdır bölgəsində yaşıyan 47 yaşlı Hakan Akbay adlı şəxs polisə müraciət edərək, bir həftə əvvəl 23 illik ər-arvad münasibətlərində olduğu 40 yaşlı İlhamə Akbayın itdiyini bildirib.
 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisə müraciət edən kişi, əslən Azərbaycandan olan 2 uşaq anası İlhamənin qaçırılıb-qaçırılmadığını bilmədiyini söyləyib.
 
“Onun tez bir zamanda tapılmağını istəyirəm”, - deyə, H.Akbay bildirib.
 
H.Akbay bildirir ki, axşam arvadı işdən evə gəlməyib və telefonunu söndürüb.
 
“Hər yerdə axtarırıq, tapa bilmirik. Onun sağ olub-olmadığını öyrənmək istəyirəm. Hər gün axtarıram, maraqlanıram, amma bir məlumat yoxdur. Arvadımın bütün qohumları ilə əlaqə saxladım. Heç birinin xəbəri yoxdur, nə edəcəyimizi bilmirik”, - deyə, Hakan Akbay bildirib.(Oxu.Az )

Google+ WhatsApp ok.ru