Türkiyədə 30 nəfər donuz qripindən öldü

Türkiyədə donuz qripindən ölənlərin sayı 30-a çatdı. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmisi Eyüp Gümüş bildirib ki, onlardan 19-u son bir həftədə dünyasını dəyişib.
 
Səhiyyə naziri Mehmet Müezzinoğlu isə hər gün 60 vətəndaşın H1N1 virusuna yoluxma şübhəsi ilə xəstəxanalarda müayinə və müalicə olunduğunu deyib: «Son iki gündə rəqəmdə xeyli azalma var. O pik dönəm başa çatdı və rəqəm azalan xətt üzrə gedir». Nazir virusla mübarizə üçün yerli xəstəxanalara 250 min qutu dərman preparatı göndərildiyini açıqlayıb.azadliq/
 

Google+ WhatsApp ok.ru