Türkiyə Yəmən münaqişəsinin tərəflərini dialoqa çağırıb

“Türkiyə Yəmən münaqişəsinin nizamlanması yolunda göstərdiyi səyləri davam etdirmək niyyətindədir”. Bunu Türkiyə parlamentinin sədri Cəmil Çiçək Moskvada keçirdiyi mətbuat konfransında deyib.
 
C. Çiçək bildirib ki, Türkiyə Yəmən münaqişəsi ilə bağlı Ər-Riyad və ya İstanbulda tərəflərin görüşməsini təklif edir: “Aydındır ki, husilər işğal olunmuş əraziləri azad etməli və öz qoşunlarını geri çəkməlidir. Münaqişənin həlli üçün Türkiyə bütün tərəfləri qəbul etməyə hazırdır”.

Google+ WhatsApp ok.ru