Türkiyə təyyarəsində bomba həyəcanı

İstanbul-Bazel uçuşlarını həyata keçirən Türkiyə Hava Yollarına məxsus “Boing-737” təyyarəsində bomba həyəcanı yaşanıb. 
 
Maide.az-ın məlumatına görə, təyyarə Bolqarıstan səmasında olarkən bomba bərədə məlumat daxil olub.
 
Pilota dərhal geri dönmək əmri verilib.
 
Təyyarə Atatürk Hava Limanına geri dönüb.
 
Sərnişinlər təyyarədən təhlükəsiz şəkildə endirilib. Hazırda verilən bomba xəbəri ilə bağlı təyyarədə axtarış aparılır.
 
Xatırladaq ki, bu, son 1 ayərzində Türkiyə təyyarəsi ilə bağlı artıq 3-cü bomba xəbəridir.

Google+ WhatsApp ok.ru