Türkiyə erməniləri Davudoğlunun bəyanatını müsbət qarşılayıblar

Türkiyə baş nazirinin Osmanlı dövründə ölən ermənilərin yaxınlarının kədərini bölüşməsi bu ölkə erməniləri tərəfindən müsbət qarşılanıb.
 
Maide.az-ın məlumatına görə, Türkiyə ermənilərinin baş yepiskopunun əvəzedicisi çərşənbə axşamı "Hürriyyət" qəzetinə müsahibədə Əhməd Davudoğlunun 1915-ci il hadisələri ilə bağlı müraciətini müsbət qarşılayıb və bunu bir növ sülh və dostluq nişanəsi adlandırıb. 
 
Əhməd Davudoğlu 20 apreldə bəyanat verərək, 1915-ci ildə ölən ermənilərin yaxınlarının kədərini bölüşüb. 
 
Buna baxmayaraq, Türkiyə dövləti Osmanlı dövründə ermənilərin ölümünə səbəb olan hadisəni "soyqırımı" hesab etmir. 
Ermənilər hər ilin 24 aprel tarixini "soyqırımı" adlandırdıqları hadisənin xatirəsini yad edirlər.

Google+ WhatsApp ok.ru