Türkiyədə sərhəd ərazilərdə gərginlik: əsgərlər PKK-çılarla üz-üzə dayanıb

Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərhəd əraziləri də baharın gəlişi ilə gərginlik artıb. 
 
Sərhəd ərazilərə göndərilən əsgərlər PKK-çılarla göz təması quracaq məsafəyə yerləşdirilib. Bu həmin bölgədə yaşayan sakinləri də narahat edib. Sakinlər “provokasiya” qorxusunu dilə gətirib. 
 
Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, təlaşa səbəb yoxdur, əsgərlər yer dəyişdirir. 
 
Təlaşa digər səbəb isə maddi tərəflərdir. Ətrafdakı kənd sakinlərinin əsas maddi qaynağından biri də qaçaqçılıqdır. Sakinlər sərhədin digər tərəfindən gətirdikləri mazut, çay, qəndi sataraq dolanırlar.
 
Əsgərlərin sərhədə yığılması sakinləri bu baxımdan da narahat edib.

Google+ WhatsApp ok.ru