Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi dəstəyi ilə əlaqədar görüntülər yayımlanıb - VİDEO

Türkiyə dövlətinin Suriyada qiyamçılara hərbi dəstək verməsi ilə bağlı yeni sənədlər yayılıb.

Maide.az-ın Türkiyənin "Cümhuriyyət" qəzeti Türkiyə rəsmiləri üçün ciddi başağrısı olacaq görüntülər yayımlayıb. Bu təsvirlərdə bir neçə yük maşını qeyd olunub. Bu maşınların yükləri isə zahirdə tibb təchizatları olsa da, onların arasında silahların gizlədildiyi görünür. Bu yük maşınları Suriyada humanitar yardımların edilməsi sahəsində fəaliyyət göstərən bir qurumun ixtiyarına verilib. 

"Cümhuriyyət" qəzeti yazır ki, yayımlanan fotoşəkillər və videoyazılar Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi yardımları ilə bağlı fərziyyələri təsdiq etmiş olub. Halbuki, Türkiyə hökuməti davamlı olaraq Suriyada qiyamçıların silahlandırılması məsələsini inkar edir. 

Türkiyə rəsmiləri bu barədə xəbərlərin yayılmasını önləməyə çalışırlar. Bu təsvirləri yayımlayan qəzetin məsul işçiləri "terrorizm" işi ilə əlaqədar həbs ediliblər. Həmçinin, bu yük maşınlarını izləyən o cümlədən jandarma və ədliyyə işçiləri də həbs ediliblər.

Google+ WhatsApp ok.ru