Türkiyədə Fətullah Gülənin 30 adamı saxlanıldı

Maide.az-ın məlumatına görə, Türkiyə polisi yedən Fətulah Gülənin adamlarına qarşı əməliyyat keçirib. 
 
Bildirilir ki, Mersin, Ankara, İstanbul, Çorum, Antalya, Adana, Dənizli, Eskişehir, Diyarbəkir, Hatay, Kahramanmaraş, Kayseri, Muğla, Samsun, Siirt, Urfa, Şırnak, Van və Kilis keçirilən əməliyyatlarda aralarında polis əməkdaşlarının da olduğu 30-a yaxın şəxs saxlanılıb. Haqqında yaxalama qərarı çıxarılan adam sayı isə 40-dan çoxdur.
 
Saxlanılanlar arasında "qeyri-qanuni dinləmə" iddialarına qarışan polis əməkdaşları da var.
 
Əməliyyat çərçivəsində Ankarada da 3 şübhəli saxlanılıb.
 

Google+ WhatsApp ok.ru