Türkiyənin Ərzrum şəhərində Quran sərgisi işə başlayıb

İranın Türkiyənin Ərzrum şəhərindəki mədəni attaşeliyinin təşəbbüsü ilə, mübarək Ramzan ayı münasibətilə Quran mövzusunda 1 ay davam edəcək sərgi təşkil edilib.
 
Maide.az xəbər verir ki, Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Ərzrum meriyası və İranın mədəniyyət attaşeliyi tərəfindən birgə şəkildə keçirilən bu sərgidə, İran pavilyonunda dini məhsullar nümayiş etdirilir.
Bu məhsullar müxtəlif ölçülərdə və müxtəlif üsullarda çap olunmuş Quran-Kərim, CD, xalça-tablo və digər əl işlərini əhatə edir.
Həmçinin, qərara alınıb ki, Ramazan ayının 2-ci yarısında beynəlxalq qarilərin iştirakı ilə sərgidə müxtəlif Quran proqramları icra olunsun./
 

Google+ WhatsApp ok.ru