Türkiyədə terror - İŞİD ötən həftə təhdid etmişdi

Türkiyənin Şanlıurfa şəhərinin Suruç qəsəbəsində 31 nəfərin öldüyü terror hücumundan sonra hadisənin İŞİD tərəfindən törədildiyi ehtimalları güclənib.
Maide.az xəbər vermişdi ki, Suriya və İraqdakı vəhşilikləri ilə dünyada ən böyük terror təşkilatı kimi tanınan İŞİD ötən həftə Türkiyəni də təhdid etmişdi.
Belə ki, son günlərdə Türkiyədə İŞİD üzvlərinə qarşı keçirilən əməliyyatlar və onların nəzarətində olan saytların bağlanılması terrorçuları qəzəbləndirib. Türkiyə hökumətinin bu addımına cavab olaraq İŞİD də təhdid açıqlaması yaymışdı.
İŞİD öz üzvlərini müsəlmanlar olaraq qeyd etdiyi açıqlamada bildirmişdilər ki, Türkiyə hökumətinin son zamanlarda onlara qarşı təzyiqləri açıq-aydın hiss olunur. Açıqlama Türkiyənin bu təzyiqləri aratacağı təqdirdə İŞİD-in buna cavab verə biləcəyi qeyd edilmişdi:
“Türkiyə dövlətində gözləntimiz budur ki, İŞİD-ə qarşı məhdudiyyətləri aradan qaldırsınlar. Bu məhdudiyyətlər davam edərsə Türkiyə dövləti ilə fərqli davranacağımızı bildiririk”, - deyə açıqlamada vuruğulanmışdı.

Google+ WhatsApp ok.ru