Türkiyə Silahlı Qüvvələri PKK-nın 130 terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri 130 PKK terrorçusunu zərərsizləşdirib.
 
Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatları nəticəsində PKK terror təşkilatının xeyli gizli cəbbəxanası sıradan çıxarılıb.  Bəzi məlumatlara görə, PKK-nın əsas liderlərindən biri Murad Karayılanın qərargahı da hava hücumu nəticəsində darmadağın edilib.
 
Zərərsizləşdirilən şəxslər sırasında PKK liderləri olmasa da, kod adı "Qabar" olan məsul şəxsin öldürüldüyü müəyyənləşib.
 
Bəzi məlumatlara görə, öldürülən PKK-çıların sayı daha çoxdur. Dəqiqləşdirilməyən məlumatlara əsasən, 200 terrorçu məhv edilib.

Google+ WhatsApp ok.ru