Türkiyə hərbi təyyarələrinin PKK mövqelərinə zərbələri nəticəsində Səlahəddin Dəmirtaşın qardaşı yaralanıb

Türkiyədə PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar davam edir.
 
İyulun 31-də “Şəhid Həmzə Yıldırım" adı verilən əməliyyatda 28 hərbi təyyarə PKK-nın 65-dən çox mövqeyinə havadan zərbə endirib. Bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları, mağaralar var.
 
Bundan başqa, iyulun 30-da keçirilən əməliyyatın detalları məlum olub. “Şəhid İbrahim Tanrıverdi” adı verilən həmin əməliyyat zamanı 80 hərbi təyyarə PKK-nın 100-dən artıq mövqeyini bombalayıb.
 
PKK-ya qarşı keçirilən əməliyyatlarda indiyədək 260 terrorçu məhv edilib, 400-dən çox PKK üzvü isə yaralanıb. Yaralananlar arasında Türkiyə Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşın Nurəddin Dəmirtaş da var.
 

Google+ WhatsApp ok.ru