Türkiyədə növbəti terror aktı: 13 əsgər yaralanıb

Türkiyədə növbəti dəfə terror aktı törədilib. Bu dəfə də terrorçuların hədəfi əsgərlər olub. Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Van vilayətində növbəti terror aktı törədilib. İnsident yerli vaxtla saat 23.30 radələrində Başkale-Hakkari  yolunun 10-cu kilometrliyində baş verib. 
 
PKK terrorçuları əvvəlcədən basdırdıqları əldə qayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində 13 hərbçi yaralanıb.
 
Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıblar. İlkin yardım göstərildikdən sonra hərbçilər helikopterlə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə göndəriliblər.
 
Terrorçuları zərərsizləşdirmək məqsədi ilə ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Google+ WhatsApp ok.ru