Türkiyədə yayımı qadağan edilən Peyğəmbər filmi Rusiyada ekranlara çıxır

Dekabr ayında Türkiyədə də ekrana çıxması gözülənilən, lakin bəzi bürokratik səbəblərə görə hələ də tamaşaçılarla nümayiş etdirilməyən "Həzrəti Məhəmməd (s)" filminə görə tənqidlər səslənməkdədir. Siyasətin sənətə təsir etməməsi lazım olduğunu söyləyən sənətsevərlər sosial şəbəkələr vasitəsi ilə filmin yayımlanmamasına sərt reaksiya veriblər. 
 
Maide.az xəbər verir ki, məşhur rejissor Məcid Məcidinin "Həzrəti Məhəmməd" (s) filmi İran kino tarixinin ən bahalı layihəsidir. Filmdə Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s) 13 yaşına qədərki uşaqlığından bəhs edilir. Kanada, Polşa kimi Qərb festivallarında müsbət reaksiyalar görən 3 seriyalı filmin çəkilmiş ilk bölümündə Peyğəmbərin uşaqlıq həyatından bəhs edilir. 
 
Təxminən 40 milyon dollar büdcəylə çəkilən filmin tamamlanması 10 il çəkib. Filmdə Mehdi Pakdel, Əlirza Xoca Nuri, Mohsen Tanabandeh kimi İranın məşhur aktyotları çəkilib. Filmin köməkçi rejissorlarından biri isə üç filmi "Oskar" mükafatı laureatı olan Vittorio Storarodur.
 
Türkiyədə yayımının dayandırılmasına baxmayaraq, "Həzrəti Məhəmməd" (s) filmi fevral ayında Rusiyada nümayişə çıxarılacaq. Filmin premyerası paytaxt Moskvanın tarixi "Plitka 11 Oktyabr" kino zalında keçiriləcək.
 

Google+ WhatsApp ok.ru