Türkiyə və İsrail rejiminin rəsmiləri münasibətləri normallaşdırmaq üçün İsveçdə görüşəcək

Türk və israilli səlahiyyətlilər əlaqələrin normallaşması üçün keçirilən görüşmələr çərçivəsində bu gün İsveçrədə görüşəcəklər.
 
Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, görüşün İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Türkiyə xüsusi səfiri Cozef Ciechanover ilə Xarici İşlər Nazirliyi məsləhətçisi Feridun Sinirlioğlu arasında keçirilməsi gözlənilir.
 
İsrail rejimi Baş Nazirlik səlahiyyətliləri görüşlə əlaqədar şərh verməkdən yayınıblar, amma yüksək çinli bir səlahiyyətli iki ölkə arasındakı razılaşmanın tamamlanmaq üzrə olduğunu bildirib.
 
Eyni səlahiyyətli iki mövzuda hələ razılıq əldə edilmədiyini deyib.
 
"Haaretz"in xəbərinə görə, razılıq əldə edilməyən mövzulardan birinin təzminat mövzusu, digərinin də Türkiyənin dəniz yoluyla Qəzzə zolağına keçidi məsələsidir. 
 
İsrailin əlaqələrin normallaşması üçün bir başqa əhəmiyyətli şərti də Həmas mövzusudur. İsrail rejimi Həmasın Türkiyədəki ofislərinin bağlanılmasını və fəaliyyətlərinin qadağan edilməsini istəyir.
 
ƏRDOĞAN NETANYAHUN YAXIN DOSTUYLA GÖRÜŞDÜ
 
İsrail rejimi ilə Türkiyə arasındakı əlaqələrin düzəldilməsi daxilində amerikalı yəhudi camaatının əhəmiyyətli simaları Türkiyəyə gələrək prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Davutoğluyla görüşüb.
 
Görüş Çankaya Köşkündə baş tutub.
 
Ziyarətçilər arasında məşhur yəhudi lobbisi AIPAC da iştirak edib.
 
Yığıncağa qatılanlardan Malcolm Hoenlein İsrail rejiminin baş naziri Binyamin Netanyahunun yaxın dostu olduğu bildirilir.

Google+ WhatsApp ok.ru