Türkiyə vətəndaşlarının Məşhəd şəhərinə səfəri üçün şərtlər sadələşdirilib

Türkiyənin İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanının mərkəzi olan Məşhəd şəhərindəki baş konsulu Mehmet Doğan bildirib ki, Türkiyə vətəndaşlarının İmam Rzanın (ə) məqbərəsini ziyarət etmək üçün Məşhəd şəhərinə səfərləri şərtləri sadələşdirilib. 
 
Maide.az xəbər verir ki, Mehmet Doğan bu gün  (cümə axşamı) İmam Rzanın (ə) ziyarətgahını  ziyarət edib.  “İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) nəvələrindən olan İmam Rza (ə) Türkiyə xalqı üçün hörmətə layiq bir şəxsiyyətdir və Türkiyə xalqı onun məqbərəsini ziyarət etməyə böyük maraq göstərirlər.”
 
M.Doğan İmam Rza (ə) hərəmini ziyarət etdikdən sonra ziyarətgahın müxtəlif bölmələrinə o cümlədən muzeyə, sərgi məkanına və konfrans zalına baxış keçirib.
M.Doğan Türkiyə vətəndaşlarının İrana səfəri üçün sadələşdirilən məsələləri açıqlamayıb.
 

Google+ WhatsApp ok.ru