Türkiyədə bomba partladı: 2 polis öldü

Türkiyənin şərqində bombanın partlaması nəticəsində 2 polis əməkdaşini həyatını itirib
       
İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, Türkiyənin şərqində yerləşən Van əyalətində PKK terror təşkilatının üzvlərinin yerləşdirdiyi bombanın partlaması nəticəsində 2 polis əməkdaşı həyatını itirib.
 
Hadisə, İpekyolu rayonunda yolda, polislər bombanı zərərsizləşdirmək istəyən zaman baş verib. Hadisə baş vermiş rayonunda, bombanı yerləşdirmiş PKK terror təşkilatının üzvlərinin axtarışı aparılır.

Google+ WhatsApp ok.ru