Türkiyədə qanlı terror 5 can aldı

Türkiyənin Diyarbəkir və Van şəhərlərində baş verən partlayışlarda 5 nəfər həlak olub.

Maide.az "Təsnim" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Diyarbəkir və Van şəhərlərində baş vermiş partlayışlarda ümumilikdə 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Həmçinin, Türkiyə ordusu bir bəyanat yayaraq, ötən 2 gündə ölkənin cənub-şərqində gedən döyüşlərdə bir hərbçinin və 9 PKK terrorçusunun öldüyünü bildirib.

Türkiyənin şərq və cənub məntəqələri 10 aydır ki, PKK terrorçuları ilə dövlət qüvvələri arasında qanlı toqquşmalarına şahidlik edir. İndiyə qədər bu toqquşmalarda yüzlərlə nəfər dünyasını dəyişib. /

Google+ WhatsApp ok.ru